Sosial sığorta haqqında AR Qanununun pozulmasına görə məsuliyyət daşıyırlar
18-09-2024, 09:58
Sosial sığorta haqqında AR Qanunu, Maddə 30. Bu Qanunun pozulmasına görə məsuliyyət: - Bu Qanunun normalarının pozulmasına görə təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə ödəniş etməli olan DSMF! Bu işçilərin günahı nədir? Məsuliyyətinizi dərk edirsinizmi?
Bu yoxlamanın xəstəyə nə aidiyyatı var?
Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına (DSMF ) müavinət ödənilir.
Lakin fevral ayından başlayaraq müxtəlif idarə və müəssisələrdə çalışan işçilərdən əmək qabiliyyətlərinin müvəqqəti itirmələri ilə əlaqədar onlara verilmiş xəstəlik vərəqəsinin DSMF tərəfindən ödənilməməsi ilə əlaqədar şikayətlər daxil olur. İşçilərin sorğusuna DSMF apardıqları yoxlama ilə əsaslandırırlar.
Məsələn: Şahmalıyev Sücəddin Qələndər oğlu Xəzər Dəniz Neft Donanmasında işləyir. Əmək qabiliyyətinin müvəqqəti itirməsi ilə əlaqədar ona 2024 fevralın 5- dən iyulun 15 -nə kimi General hospitaldan xəstəlik kağızı verilib. XDND tərəfindən fevral ayının 14 gününü ödəyiblər.Qalan hissəsini Sosial müdafiə fondundan ödəmirlər.Deyirlərki yoxlama gedir.
SOCARDOWNSTREAM MMC -nin işçisi Axundov Ramil Baxtiyar ogluna 15 - apreldən acilib bülleten. Iki bülleten verilib müəssisəyə. O vaxtdan bu vaxta sosialdan pulu ala bilmir.
SOCAR Nəqliyyat idarəsində, Bakı Neft emalı zavodunda və sair müəssisələrdə də xəstəlik vərəqələrinin DSMF tərəfindən ödənişi saxlanılıb.
Qeyd:
Düşünürəm ki, DSMF tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirməsi ilə bağlı işçiyə verilmiş xəstəlik vərəqələri ödənilməyən işçilərin məhkəməyə müraciət etməsi məqsədə uyğundur.
Mirvari Gahramanli
TEREF