İmişli məktəbində sanitar qovşağın vəziyyətini ictimailəşdirən müəllim işdən çıxarıldı VİDEO

18-09-2024, 09:59           
İmişli məktəbində sanitar qovşağın vəziyyətini ictimailəşdirən müəllim işdən çıxarıldı  VİDEO
İmişli rayon Aranlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva işdən azad olunub.

Bu barədə müəllimə özü məlumat yayıb.

O bildirib ki, sentyabrın 17-də adıçəkilən orta məktəbdə təzyiqlərə məruz qalıb: "Sentyabrın 17-də qızımın ad günü idi. Səhər saat 09:00-da məktəbə getdim. Saat 13:00-da direktor mənə və digər müəllimlərə xəbər göndərdi ki, gözləyək. Ümid edirdim ki, mənə töhmət verəcək. Amma saat 17:00-da mənə dedilər ki, işdən azad edilmişəm".

Xatırladaq ki, bir müddət əvvəl Leyla Nəcəfquliyeva Aranlı kənd orta məktəbinin bərbad vəziyyətdə olan sanitar qovşağının videosunu çəkib ictimailəşdirmişdi. O, orta məktəbdəki neqativ hallarla bağlı da məlumatlar yaymışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru