Kəmaləddin Qafarovun şirkətində ölüm hadisəsi İDDİA
26-09-2024, 08:34
Siyəzən rayonunda qadın iş yerində vəfat edib.
XALQ.AZ xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən “Siyəzən Broyler” ASC-nin yeməkxanasında baş verib. Şirkətin əməkdaşı, 1963-cü il təvəllüdlü Rəfiqə Hacı qızı İsaqovanın halı iş yerində qəfil pisləşib və dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ölkə mətbuatında “Siyəzən Broyler” ASC-i Milli Məclisin deputatı Kəmaləddin Qafarova məxsus olduğu bildirilir, və bu məsələ Kəmaləddin Qafarov tərəfindən təkzib olunmayıb.