Tibbi qiymətləri - insanların real həyat səviyyəsinə uyğun və ədalətli tənzim etmək vaxtı hələ də çatmayıbmı?
27-09-2024, 10:54
GÜNDƏLİK 11 manat. Söhbət xəstə yanında qalan şəxsin GÜNDƏLİK ödənişindən gedir. Yeni qaydalara görə, xəstəxanalarda XƏSTƏ pasiyentin yanında qalan şəxslər gündəlik 11 manat ödəniş edilməlidir.Sözügedən xidmət TƏBİB- n nəzdində olan tibb müəssələrinə aiddir. Bir azdan desələr ki, xəstəyə baş çəkməyə gələn yaxınları da pul ödəməlidir, təəccüblü olmayacaq. Hətta onu da nəzərə almırlar ki, xəstə yanında qalanlar, onlara baxan yaxın şəxslər xəstəxananın işini öz üzərinə götürür, onların işini asanlaşdırır. Xəstəyə baxmaq ilk növbədə xəstəxananın işidir, xəstə yanında qalanlar isə onlara kömək edur, onların işini görür. Vallah,yaxşı işdir, həm kiminsə işini gör, həm də buna görə pul ödə. Köhnə kişilər dediyi kimi, uşaqda fərasət bax. Təklif edirəm ki, xəstəxanalara heç əziyyət verməyək, bu ödənişi də elə işçilərdən və işəgötürəndın tutulan məcburi tibbi sığorta ödənişinə əlavə edək, nə fərq edər ki, 4 faiz olmasın - 5 faiz olsun icbari tibbi sığorta. Onsuz da işçinin əmək haqqından nə gəldi tuturlar, ədalətli, məntiqli bə ya qanun adı ilə Hörmətli Səhiyyə Nazirliyi və TƏBİB. Tibbi qiymətləri - insanların real həyat səviyyəsinə uyğun və ədalətli tənzim etmək vaxtı hələ də çatmayıbmı? Azer Quliyev TEREF