Ötən gün İKTA media ilə görüşüb.

2-10-2024, 11:54           
Ötən gün İKTA media ilə görüşüb.
Son günlər bu sektorda baş verənlər həqiqətən də belə bir görüşü labüd edirdi. Amma açıqlanan məlumatlar gözləntilərə adekvat deyildi.
Dərhal qeyd edim ki, uzun illər sektorda tənzimləyici qurum olmadığından İKTA yarananda ona ümidlər çox böyük olub.
İnsafən qeyd etmək lazımdır ki, son iki il ərzində qurumun bir çox faydalı addımları da olub. Bir neçə uğurlu və faydalı layihələr icra ediblər.
Lakin sektorun nəhəng təbii inhisarçısı olan Aztelekom-un “15 avqust” internet tarif gedişi ("kartel sövdələşməsi" -Antiinhisar) onu göstərdi ki, İKTA çox zəifdi. Əlbəttə, bu başqa bir müzakirə mövzusudur.
Gözləntilərimə rəğmən İKTA-nın media ilə görüşü haqqında açıqlanan məlumatlara baxanda çox təəssüfləndim.
Cəmiyyəti narahat edən problemlərdən heç birisi, təkrar edirəm heç birisi ahqqında məlumata rast gəlmədim.
Qeyd edim ki son zamanlar, İnnovasiya ilə bağlı , eGov və e-iştirakçılıqla bağlı beynəxlaq hesabatlar da dərc edilib.
Ölkədə internetə əlçatanlıqla bağlı çox ciddi ictimai müzakirələr gedir, insanlar minimal tariflərlə bağlı məhdudiyyət səbəbindən internetdən imtina edirlər .
İKTA-dan məhz bu istqiamətdə gözləntilər çox idi.
İKTA hələ də aşağıdakılara münasibət bildirməyib :
1. Təbii inhisarçı olan Aztelekom tərəfindən minimal tariflər qaldırılıb və bununla da internetə əlçatanlıq məhdudlaşdırılıb. Xeyli sayda insanlar internetdən imtina ediblər
2. Antiinhisarın “Kartel sövdələşməsi” ittihamına İKTA cavab verməyib. Hansı ki tənzimləyici qurum olaraq İKTA sektorda belə hallara da cavabdehdir
3. Tənzimləyici qurum yaransa da, sektorda tənzimləmədə ciddi dönüş yaranmayıb. Qurumun operatorlar və provayderlərə təsir imkanları yox dərəcəsindədir. Aztelekom-la bağlı biz artıq bunun şahidi olmuşuq
Amma maraqlıdır ki, qurumun Aztelekoma-a gücü çatmadığı halda Metropoliten və ADY infrastruktrurundan özəl provayderlərin istifadəsinə münasibət sərgiləyib, hansı ki bu çox qeyri-ciddi gorsənir
4. İnnovasiya ilə bağlı beynəlxalq reytinqdə 133 ölkə arasında potensialımıza uyğun olmayan ən aşağı yerlərdən birini tutmuşuq- 95-ci yer.
İKTA –ya da dəxli olan Qanunların aliliyi, Tənzimləyici keyfiyyət , Hökumətin effektivliyi, İKT-dən istifadə və s indikatorlar üzrə ən aşağı göstəricilər əldə etmişik. Məhz həm də İKTA-ya dəxli olan bu göstəricilərə görə biz qlobal reytinqdə aşağı yuvarlanmışıq.
Amma İKTA-nın bunlara münasibəıtinə hələ rast gəlməmişik. Bilmirəm, jurnalistlərlə görüşdə bu qeyd etdiklərimlə bağlı nəsə münasibət sərgiləyibmi ?
Ümumiyyələ, bir daha vurğulamaq istərdim ki, əslində dövlət qurumunun belə tədbirləri çox faydalıdır. İKTA-dan gözləntilərimiz çoxdur.
Amma bu tip görüşləri daha effektiv etmək, cəmiyyəti narahat edən məqamlara yönəlmək, inkişafa yönəlik addımları gücləndirmək daha faydalı olardı.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.