Əmək qabiliyyətinin itirilməsi və xəstəlik vərəqələrinin verilməsi və ödənilməsi müddət barədə suallara cavab
4-10-2024, 08:06
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı, bu Təşkilatın Sədri Mirvari xanım və Təşkilatın Hüquqşünası kimi mənim-FB səhifəmdə bu sualla bağlı dəfələrlə maarifləndirici yazı və statuslar paylaşılsada, bu barədə yenə də bizə çoxlu suallar verilir. Əmək qabiliyyətinin itirilməsi və xəstəlik vərəqələrinin verilməsi və ödənilməsi müddət barədə?
Çox təəssüf ki, işçilərimiz bir çox hallarda bu maarifləndirici statusları oxumur və ya tanış olmaq istəmir, baxmayaraq ki, işlə əlaqədar hər gün bu hallarla rastlaşa bilərlər. Baxmayaraq ki, bir çox hallarda hüquqların bərpasında problemlərlə rastlaşırlar.
Bu mövzu ilə əlaqədar bir daha bildirirəm ki:
1.Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanı olan - Tibbi Sosial Ekspert Komissiyasının rəyləri ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi nəzərdə tutulur.
2. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi işçi və ya işçilərin əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.
3. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçi: iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı olan - DSMF tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.
4.Uzun müddət xəstə olan işçilər üçün əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.
5. Bu müddət qurtardıqdan sonra isə Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə: işçi işə işə yazılır, xəstəlik vərəqəsinin müddəti bir necə aylığa xəstəlik vərəqəsi verilməklə artırılır, ya da əmək qabiliyyətinin itirimə faizi təyin olunmaqla rəy verilir. Eyni zamanda işçinin əmək qabiliyyətinin olub olmaması barədə də rəy verilir.
6. Vərəm və digər xroniki xəstəliklərə görə isə xəstəlik vərəqəsi üçün bu müddət daha çoxdur, bu xəstələr üçün 1 ilə qədər xəstəlik vərəqəsi verilə bilər.
7. Xəstəlik vərəqəsinin verilməsi, ödənilməsi barədə xəstəxanaların qərarından və əlillik dərəcəsinin təyin edilməsi və ya verilməsi ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının qərarından narazı qalan işçi İddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət edə bilər .
Azer Quliyev
TEREF