BVF rəhbəri: Avropa iqtisadi inkişafda ABŞ-dan geri qalacaq

6-10-2024, 10:24           
BVF rəhbəri:
“Avropa iqtisadi inkişafda ABŞ-dan geri qalacaq”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgiyeva bəyan edib.

Onun sözlərinə görə, ABŞ-da məhsuldarlıq artımı mövcud olsa da, Avropa yoxdur: “Hər iki tərəf təxminən eyni maliyyə aktivlərinə malikdir, lakin ABŞ-da onların üçdə ikisi kapital bazarları, Avropada isə konservativ bank sistemi vasitəsilə fəaliyyət göstərir”.

Kristalina Georgiyeva əlavə edib ki, Amerika iqtisadiyyatı daha rəqabətlidir: “Rusiya və Ukrayna arasında münaqişə nəticəsində enerji şokundan əziyyət çəkən Avropadan fərqli olaraq Amerika iqtisadiyyatının enerji müstəqilliyi mövcuddur.

ABŞ ucuz enerji bolluğuna malikdir, iqtisadiyyatı daha innovativdir və kapital bazarında işləyir. Əgər Avropa innovativ iqtisadiyyatın inkişafını sürətləndirməsə, kapital bazarı yaratmasa, Avropa pullarını daha səmərəli etməsə, onda onun ABŞ-dan geri qalması daha da artacaq”.

Çin haqqında danışan IMF rəhbəri onun tədqiqat fəaliyyətlərinə sərmayə yatırmaq səylərini alqışlayıb, lakin ölkənin daxili bazarına ciddi diqqət yetirməyi tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru