Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi

16-10-2024, 08:08           
Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.

TEREF Qaynarinfo-ya istinadən məlumatına görə, Sübhan Kazımov 4 sentyabr 2024-cü il tarixindən idarə heyəti sədrinin müşaviri təyin olunub.

“Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib.

Qeyd edək ki, ötən ay Sübhan Kazımov “Azərpoçt” MMC-nin idarə heyətinin üzvlüyündən azad edilib.

O, 2022-ci ilin may ayına qədər “Azərpoçt” MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra idarə heyətinin üzvü olub.

Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru