Bakı kəndlərinin sakinləri zülm çəkir: Bir mikroavtobusun ümidinə qalıblar" - Video

16-10-2024, 12:34           
Bakı kəndlərinin sakinləri zülm çəkir: Bir mikroavtobusun ümidinə qalıblar" - Video
Sakinlərin sözlərinə görə, 200 saylı mikroavtobusun Binəyə qədər sərnişin daşımasına icazə verilməməsindən əziyyət çəkirlər.
Xəzər rayonunun Sovxoz yaşayış massivinin sakinləri ictimai nəqliyyat problemi yaşayırlar. Bu barədə Sputnik Azərbaycan-a yaşayış massivinin sakinləri məlumat verib. Onlar bildiriblər ki, günü-gündən böyüyən yaşayış massivinin sakinləri bir mikroavtobusun ümidinə qalıblar.
Qəsəbə sakini Venera Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, hər gün övladlarını məktəbə aparıb-gətirməyə 7 manat pul xərcləyir. Buna səbəb qəsəbə sakinlərinin bir neçə avtobus dəyişməsidir.
"Qəsəbənin içərisinə, məhəllələrə ancaq 200 saylı mikroavtobus işləyir. Bu mikroavtobuslara isə Binəyə sərnişin daşımağa icazə verilmir. Ona görə də, mikroavtobusa Sovxozdan minib yaşayış massivinin mərkəzində düşürük. Oradan Binəyə getmək üçün başqa avtobusdan istifadə etməli oluruq. 200 saylı avtobusda isə gediş haqqı 60 qəpikdir. Yenidən başqa avtobusa 50 qəpik ödəyərək uşaqları məktəbə aparıb-gətiririk", deyə V. Məmmədova bildirib.

Qəsəbə sakinlərinin iddiasına görə, 200 saylı mikroavtobusun Binəyə qədər sərnişin daşımasına 160 saylı xəttin daşıyıcısı icazə vermir. Sakinlər bildirir ki, 160 saylı avtobus isə yaşayış mərkəzinin girişinə qədər hərəkət edir. Sakinlərin dediyinə görə, böyük yaşayış massivinə çevrilən Sovxoz adlanan ərazidə yalnız bir məktəb fəaliyyət göstərir. Orada isə şagird sıxlığı olduğundan, yer yoxdur. Ona görə də yaşayış massivinin sakinləri övladlarını təhsil almaları üçün Binə qəsəbəsində yerləşən 149 saylı məktəbə aparıb-gətirməli olurlar. Sakinlərin sözlərinə görə, 200 saylı mikroavtobusun Binəyə qədər sərnişin daşımasına icazə verilməməsindən əziyyət çəkirlər.
V. Məmmədova adlı sakin bildirib ki, üç övladı məktəblidir. Onları hər gün dərsə aparıb-gətirməyə maddi imkanı çatmır. O, böyük yaşayış massivinin kiçik mikroavtobusun ümidinə qaldığını söyləyir. Sakinlər bildirir ki, 160 saylı avtobus isə Sovxozun girişindən Koroğlu metrostansiyası istiqamətinə sərnişin daşıyır. Ona görə də, sakinlər yaxınlıqdakı Binə qəsəbəsinə getmək üçün iki avtobusa minməli olurlar ki, bu da onlara maddi baxımdan baha başa gəlir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a Sovxoz yaşayış massivinin sakinlərinin nəqliyyatla bağlı şikayətlərinin araşdırılacağını bildirdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.