Bəzi rayonlar üzrə qazın limiti məsələsinə yenidən baxılması təklif edilir

16-10-2024, 12:44           
Bəzi rayonlar üzrə qazın limiti məsələsinə yenidən baxılması təklif edilir
"Dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır".

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

O bildirib ki, dağlıq rayonlarda qazdan istifadə daha çoxdur.

Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar.

Azər Badamov hesab edir ki, qaz limitinin indiki formada tətbiq edilməsi xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə daha çox təsir edir. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir.

Tarif Şurasından bildirilib ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru