AYNA-nın mətbuat katibi suallardan YAYINDI - “Vaxtım yoxdur”
16-10-2024, 09:16
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) olan şikayətlərlə bağlı AYNA öz səssizliyini qorumaqda davam edir.
Şikayətlərə heç bir reaksiya və ya açıqlama vermir, haqqında olan “rüşvət” iddialarına münasibət belə bildirmir. Nə isə, “dağ Məhəmmədə yaxınlaşar” deyib, üz tutduq AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucova.
Bundan əvvəl dəfələrlə onunla əlaqə yaratmağa çalışsaq da, telefonlarımıza cavab verməyən Tural Orucov, nə əcəbsə, bu dəfə ilk dəfədən zəngimizi açdı. Hansı media qurumundan olduğumuzu bilən kimi necə deyərlər, “kürkünə birə düşdü” və suallarımızı WhatsApp üzərindən göndərməyimizi istədi.
AYNA haqqında suallarımızı heç eşitmək belə istəməyən mətbuat katibi ciddi-cəhdlə yayındı, hətta aqressiv şəkildə vaxtının olmadığını bildirdi.
Suallarımızın hansı mövzuda olduğunu dinləmək istəməyən Tural Orucov dəfələrlə “vaxtım yoxdur” deyərək cavab verməkdən imtina etdi.
İndi media cameəsini bir sual maraqlandırır. Davranışları, sualları cavablandırmaması ilə medianı çoxdan qane etməyən, narazı salan mətbuat xidmətinin rəhbəri Tural Orucov nə ilə məşğuldur ki, quruma ünvanlanan sualları cavablandırmağa vaxtı yoxdur?!
Həə, cavabını da özümüz verək. Yəqin Tural Orucovun başı AYNA sədri Anar Rzayevin şəxsi biznesinin piarına, şirkətlərinin “qara-qura” işlərinə qarışıb. Bir də Tural Orucov AYNA-nın Tarqovıdakı “qoçu”su Ramin Əliyevin qanunsuz əməllərini ört-basdır etməklə məşğuldur. Budur mətbuat xidmətinin bütün fəaliyyəti.
Mətbuatın suallarından yayınan, başı Anar Rzayevin biznesinə qarışan hörmətli Tural Orucova xatırladaq ki, sosial şəbəkələrdə çiynində pencəklə paylaşdığı fotolardakı kimi bir gün tutduğu vəzifəsindən o cür gedəcəyi gün də uzaqda deyil.
İnterpress.az