Emin Ağalarova məxsus “Nardaran İnvest” MMC cərimələnir

16-10-2024, 11:50           
Emin Ağalarova məxsus “Nardaran İnvest” MMC cərimələnir
Emin Ağalarova məxsus olduğu deyilən “Nardaran İnvest” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Nardaran İnvest”lə bağlı iş baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib. 24 oktyabr tarixində hakim Anar İbadzadənin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Nardaran İnvest” MMC-nin Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsus olduğu bildirilir. Ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Emin Ağalarova məxsus “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binasının tikintisinə icazə vermişdi. Həmçinin sözügedən MMC “Sea Breeze”də 2 ədəd 5, 3 ədəd 6 mərtəbəli yaşayış binası da tikir.

Tərəfləri dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru