Naxçıvanda taxıl əkənlərdən XƏRAC TƏLƏB EDİRLƏR...

16-10-2024, 12:06           
Naxçıvanda taxıl əkənlərdən XƏRAC TƏLƏB EDİRLƏR...
Bundan sonra Naxçıvanda əkinçiliklə məşğul olmaq istəyən fermerlər hektar başına 45 manat ödəməli olacaqlar. Elə, buna görə də bu il fermerlərin əksəriyyəti ya taxıl əkməkdən imtina edir, ya da əkin sahələrini miniumuma endirirlər. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup fermer məlumat verib. Onlar deyirlər ki, onların əkməsiyi sahələrə məmurlar sahib çıxırlar. Fermerlər hesab edirlər ki, yeni qaydanı çıxarmaqda da məqsəd onları əkinmdən aralı salıb, taxıl monopoliyasını tam ələ keçirməkdir.
Fermerlər bildirirlər ki, yerli icra nümayəndəlilkləri yeni qayda ilə bağlı onları artıq xəbərdar ediblər. Babək rayonundan olan fermer Zeynal Məmmədov deyir ki, bu qaydanı tətbiq etməkdə bir məqsəd də onlara verilə subsidiyanın bir hissəsini geri almaqdır:
“Əkinçiliklə məşğul olan fermerlərin çoxu bu günə qədər başqasının torpağını arendaya götürüb əkib. Burada həm fermer, həm də torpaq sahibi qazanır. Razılaşma həmişə fermer və torpaq sahibi arasında olub. İndi bizi məcbur edirlər ki, yerli orqanların iştirakı ilə sahibkar və fermer arasında rəsmi müqavilə bağlansın. Torpaq araendaya verən sahibkar hektar başına pulunu aldığı kimi, yerli idarəetmə orqanları da hər hektara 45 manat alacaq. Dövlət fermerə subsidiya verir ki, daha çox buğda, arpa əkilsin, qıtlıq olmasın. Bunlar da həmin verilən subsidiyanı fermerin əlindən almağa çalışırlar. Ötən il 20 hektar taxıl əkmişdim, bu il 5 hektar əkəcəyəm. Çünki, mənim onlara verəcək o qədər pulum yoxdur”.
Şərur rayonundan olan digər fermer Daşqın Süleymanov isə, əkinçiliyin daşını atacağnı bildirir:
“Onsuz da dövlətin verdiyi subsidiyanı vaxtında ala bilmirdik. Gübrələrin də bəzilərini vermirdilər. Bizə verilən subsiyadan nəqd olaraq hektar üçün 45-50 manat çatırdı. Bu da bəzi xərclərimizi, əkin zaman traktorçuya,kombayınçıya qaldığımız borcları ödəməyə kömək edirdi. Suvarma suyunda da problemlər olur. Bir neçə ildir ki, təbiətin şıltaqlığı da məhsuldarlığa ziyan vururdu. Elə bir qazancımız olmurdu. İndi yerli orqanlara da müqavilədə göstərilən hər hektar üçün 45 manat pul ödəyəcəyiksə, daha əkinçiliklə məşğul olmağın heç bir əhəmiyyəti yoxdur. Öümüzə ayrı iş tapmalıyıq“.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.