Xarici dövlət borclanmasının yuxarı həddi 2 dəfə artırılır

16-10-2024, 00:02           
Xarici dövlət borclanmasının yuxarı həddi 2 dəfə artırılır
2025-ci ildə Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddinin (limiti) 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddinin isə 3,5 milyard manat həddində olması gözlənilir.

Yeniavaz.com xəbər verir ki, bu məlumat, “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.

Məlumat üçün bildirək ki, “2024-ci il dövlət büdcəsi haqqında” qanunda daxili dövlət borclanmasının yuxarı həddi 2,7 milyard, xarici dövlət borclanmasının yuxarı həddinin isə 1,7 milyard manat həddində olub.

Qeyd edək ki, son illər dövlət büdcəsində xarici dövlət borclanmasının yuxarı həddi davamlı olaraq artırılır:

2025-ci il – 3,5 milyard manat (layihə)
2024-cü il – 1,7 milyard manat
2023-cü il – 750 milyon manat
2022-ci il – 600 milyon manat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru