Saleh Məmmədovun keçmiş müşavirinin şirkəti məhkəmə qarşısında

Bu gün, 00:02           
Saleh Məmmədovun keçmiş müşavirinin şirkəti məhkəmə qarşısında
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun keçmiş müşaviri Şahin İbadova məxsus "Siracoglu" şirkəti inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edib.

Bu maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.

430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.
"Siracoglu" şirkəti 2019-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Şahin İbadovun oğlu Namiq İbadzadədir.

Mediada gedən məlumatlara görə, "Bakı Tikinti Konstruksiya" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Şahin İbadova məxsusdur. Bundan başqa, "Trans Tikinti" MMC-nin də keçmiş müşavirə məxsus olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.