Bakıda "McDonalds"ın qarşısındakı səkidə pullu parkinq quruldu - VİDEO

11-11-2024, 08:10           
Bakıda "McDonalds"ın qarşısındakı səkidə pullu parkinq quruldu - VİDEO
Bakıda səkinin üzərində qurulan pullu parkinq növbəti dəfə vətəndaşların narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Qeyd olunub ki, Tbilisi prospekti yaxınlığındakı ictimai iaşə müəssisəsinin qarşısındakı səkidə pullu parkinqin qurulması heç bir məntiqə sığmır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Oxu.az-a bildirilib ki, sözügedən ərazi səki deyil, cib tipli parklanma yeridir. "Yəni parkinqin təşkili tam qanunauyğundur", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Nərimanov rayonunda yerləşən Mirzəbala Əhmədzadə küçəsində də səkinin bir hissəsinin pullu parkinq kimi istifadə olunması narazılıq yaratmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru