Saymon Stil: “İqlim dəyişikliyi ilə mübarizəyə 2 trilyon dollar ayrılmalıdır”

12-11-2024, 10:34           
Saymon Stil: “İqlim dəyişikliyi ilə mübarizəyə 2 trilyon dollar ayrılmalıdır”
Saymon Stil: “İqlim dəyişikliyi ilə mübarizəyə 2 trilyon dollar ayrılmalıdır”
Dünyadakı böhranlar hər kəsin həyatına birbaşa və bilavasitə təsir göstərir və təbii ki, təkcə COP ilə bunları həll edə bilmərik.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin Konfransının (COP29) açılışında deyib.

O qeyd edib ki, Bakıya məhz çıxış yollarını düşünmək üçün toplaşıblar:

“Əgər dünyanın əksər ölkələri emissiyanı azalda bilmirsə, bunu hamımız birlikdə etməliyik. İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitə zəngin ölkələr də kömək etməlidir. Bu məqsədlərdən ötrü əlavə 2 trilyon dollar ayrılmalıdır. Əsas məqsədimiz bu vəsaiti toplamaq və onu bərabər paylamaqdır”.

S.Stil vurğulayıb ki, bu il bütün ölkələr üçüncü nəsil iqlim dəyişikliyi ilə bağlı öhdəlikləri təqdim edəcək.

“Biz də bütün maraqlı tərəfləri səfərbər edəcəyik. Hədəflərimizi planlaşdırmalı, bunu ölçmək lazımdır. Konfransda iştirak edən bütün tərəflər birlikdə hərəkət etməlidir ki, sonda müsbət nəticə əldə edilsin. Gəlin birləşərək fəaliyyət göstərək”, – o deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.