Dövlətin BAŞ QANUNUNU dövlət (məmurları) AYAQLAYIR: “Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi

13-11-2024, 07:14           
Dövlətin BAŞ QANUNUNU dövlət (məmurları) AYAQLAYIR: “Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi
12 noyabr- Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu
gündür
Dövlətin qanunvericilik sisteminin əsası, ən yüksək və birbaşa hüquqi
qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul
olunmasından 29 il keçir. 158 maddəlik BAŞ QANUNUN əsas insan və
vətəndaş hüquq və azadlıqlarını içinə alan toplam 48 maddəsi (24-71-ci
maddələr) bir yana, heç məhkəmə hakimiyyətinə aid tələbləri doğrulayan
9 maddəsi ( 125-133-cü maddələr), heç cəmi 5 maddəlik (147-151-ci
maddələr) qanunvericilik sisteminə aid tələbləri də başda tutulmur. İcra
hakimiyyəti , məhkəmə , qanunverici hakimiyyət məmurları ölkənin baş
qanununu elə ayaqaltı edirlər ki, bilmirsən hakimiyyətin mənbəyi xalqdır,
yoxsa məmurun cibi.
Konstitusiyanın 125-ci maddəsində yazılıb ki, məhkəmə icraatı
həqiqətin müəyyən edilməsini təmin etməlidir. Edirmi? Məhkəmə
icraatı elə günə salınıb ki, həqiqəti bəlirləmək yerinə, ört-basdır etmək
rolunu oynayır. Bu da Konstitusiyanın 127-ci maddəsi ilə doğrulanan
hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata
keçirilməsinin əsas prinsip və şərtlərinin gözlənilməməsindən
qaynaqlanır. Hakimlər yalnız Konstitusiyaya və qanunlara tabe olmaq ,
işlərə qərəzsiz, faktlara əsasən, kənardan sifariş gözləmədən ,
tərəflərin hüquq bərabərliyinə, çəkişmə prinsipinə əməl etməklə
baxmaq yerinə, bir çox hallarda faktiki olaraq qarşı yanın vəkili kimi tərəflə
çəkişirlər. (?) Hətta Konstitusiya Məhkəməsi hakimlərinin də 130-cu maddə
ilə bəlirlənən normaları, adını, andını pozmaları faktları yetərincədir.
Azərbaycan Respublikasının Prokurorluğu da 133-cü maddə ilə üzərinə
qoyulan qanunların icrasına və tətbiqinə nəzarət etməkdən imtina
edir.
Konstitusiyanın 129-cu maddəsini özəlliklə vurğulamaq gərəkir:
“Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və
onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması
qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Reallıqda
məhkəmə qərarları nəinki icra olunur, əksinə, dövlətin adından çıxarılan bu
qərarları borclu dövlət məmurları ciblərindən aşağıda tuturlar.
Konstitusiyaya sayğısızlığa baxın, borclu ƏMDX ( Əmlak Məsələləri
Dövlət Xidməti) Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011
tarixli 2 (!) qətnaməsini (1-ci dərəcəli Qarabağ əlilinə Nizami
rayonu, Bəhruz Nuriyev-10 A ünvanındakı qeyri-yaşayış sahəsinin
verilməsi) digər borclu Nizami RİH-in MKTB-sinin (“JEK”) saxta
məktubundan (?) aşağıda tutur. Cinayət özbaşınalığı, məhkəməyə
hörmətsizlik elə məhkəmənin gözü qarşısında olur. Məhkəmə 2009-cu ildə
borcluların üzərinə əmlakın tələbkara verilməsini sənədləşdirmək öhdəliyi
qoyub, borclular məhkəmə qərarını icra etmək yerinə, biri-birinə saxta
məktublar verməklə əmlakı gah həmin ünvandakı bankın, gah rayon sakini
olmayan 9 yaşlı uşağın (?), 2021-ci ildə isə ata adı olmayan (?) Türkiyə
vətəndaşönın adına sənədləşdiblər. Hələ də dövlətin ən başda olan
qanununun – Konstitusiyanın “JEK”-in məktubundan aşağıda olması rəsmi
məktublarla bildirilir.
Konstitusiyanın 5 maddəlik “Qanunvericilik sistemi” fəslinin 149-cu
(Normativ hüquqi aktlar) maddəsindənsə dövlət məmurları tam
xəbərsizdirlər. Sözügedən maddənin VII hissəsində yazılıb: “Fiziki və
hüquqi şəxslərin hüquqi vəziyyətini YAXŞILAŞDIRAN, hüquq
məsuliyyətini ARADAN QALDIRAN və ya YÜNGÜLLƏŞDİRƏN
normativ hüquqi aktların QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLİR. Başqa
normativ hüquqi aktların QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLMİR.”
ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı
(XŞTMF), eləcə də digər filiallar, bütövlükdə bu boyda nazirlik rəsmi
məktublarla bildirir ki, sosial müdafiə sisteminin baş qanunu sosial
mənimsəmə, əlillərin, əhalinin sosial məhv edilməsidir. Konstitusion
özbaşınalıq təfsirinə, izahına baxın, sıradan “sosial” məmur 1 BİİM-in
dövlətin adından çıxardığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı
məhkəmə qərarını 6 ildən sonra 01.04.2023-cü ildə ləğv edib ki,
məhkəmənin əsaslandığı 2006-cı ildən qüvvədə olan “Əmək
pensiyaları haqqında” qanunun 19-cu maddəsi 2021-ci ildən ləğv
olunduğundan məhkəmə qərarı da qüvvədən düşüb. (?)
Konstitusiyanın qüvvəsi(sizliyi)ni göz önünə gətirin, şəxsin, 1-ci dərəcəli
Qarabağ əlilinin vəziyyətini pisləşdirən qanun 15 il (?) GERİYƏ şamil
olunur , hələ üstəlik məhkəmə qərarı da qüvvədən salınır! (?) 20 aydır
Konstitusiyaya bu ikiqat hörmətsizliyə nəinki qiymət verilir, əksinə,
qanunverici , icra, məhkəmə hakimiyyəti, baş prokurorluq, ombudsman,...
ƏƏSMN-in tabeliyindəki qurumların rüşvətinin Konstitusiyadan da üstün
olduğunu bildirməkdən beziblər. Təsəvvür edin, BDU-nun Konstitusiya
hüququ kafedrasının professoru, deputat Konstitusiyaya hörmətsizliyə “biz
nə edə bilərik” ritorik sualı ilə “qiymət verir”! (?) BDU-nun “Kommersiya
hüququ” dövlət imtahan komissiyasının sədri, hüquq doktoru ƏƏSM naziri
bəs niyə hüquqa, Konstitusiyaya bu kobud sayğısızlığa susur?
“Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi
özbaşınalığı da Konstitusiyanın məmurun cibindən aşağıda tutulmasını
göstərir.
Yaranma gününü hər il vurğulamaqla Konstitusiya başa , qüvvəyə minmir.
Dövlətin (məmurlarının) saymadığı Konstitusiyadan nəsə (sayğı) gözləmək
olar?
Məğrur Bədəlsoy
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.