“3 ildir ki, heç bir səbəb olmadan əlilliyimi kəsiblər” - ETİRAZ VAR...

14-11-2024, 18:17           
 “3 ildir ki, heç bir səbəb olmadan əlilliyimi kəsiblər” - ETİRAZ VAR...
Kəlbəcər rayon sakini, hazırda Gəncədə yaşayan Mehtiyev Nəcəf Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Mehtiyev Nəcəf Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, hazırda Gəncə şəhərində yaşayıram. Birinci Qarabağ qazisiyəm, 3-cü qrup əliləm. Üç ildir ki, heç bir səbəb olmadan əlillik pensiyamı kəsiblər. Xahiş edirəm, mənə dəstək olun”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, bildirdi ki, Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Mehtiyev Nəcəf Əli oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib: “Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.