Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ

15-11-2024, 15:19           
Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Şuşa hotelləri bu ilin 9 ayı ərzində 7 milyon 720,7 min manat xərcə qarşı cəmi 4 milyon 727,7 min manat gəlir əldə edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da gəlirlərin xərclərdən 2 dəfə az olması nəticəsində hotellərin 2 milyon 993, milyon manat zərər etmələri ilə nəticələnib.

Son bir illə müqayisədə gəlirlər 1 milyon 728,2 min manat və ya 57,6%, xərclər 4 milyon 49,5 min manat və ya 2,1 dəfə, zərər isə 2 milyon 321,3min manat və ya 4,5 dəfə artıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Şuşa hotelləri cəmi 671,7 min manat zərər etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 2 milyon 999,5 min manat, xərclər isə 3 milyon 671,2 min manat idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru