"Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 16:01
“Greenville Residence” sakini Aynurə Nəsirova şəraitdən narazıdır. Tribunainfo.az yazır ki, vətəndaş problemi ictimailəşdirib. Onun şikayətini təqdim edirik: “Buranın sakini olaraq yaradılmış şəraitdən çox narazıyam. Mənzil alanda bildirildi ki, aldığınız blokun ətrafında maşın saxlamağa yeriniz olacaq. Hətta satış ofisinizdə maketlərdə belə maşın saxlamaq üçün yer qoymusunuz. Camaatı məcbur edərək yaşadığı əraziyə buraxmamaq hansı qanunda var? Mən körpə uşaqla gəzə gəzə uzaqdan gəlmək məcburiyyətində deyiləm”. Bina sakini qeyd edib ki, aylıq kommunal ödənişi məcburi alınır, ancaq müqabilində heç bir şərait yaradılmır: “Binanın təmiri sıfır səviyyədə, həyətində 2 ildir təmir-tikinti işləri gedir, ıakin ortalıqda heç nə yoxdur. Bir sözlə, bu binadan ev alan 100 dəfə düşünsün və mənim kimi peşmanlıq hissi keçirməsin”.