Azərbaycan nə qədər tərəvəz və meyvə ixrac edib?

16-11-2024, 17:04           
Azərbaycan nə qədər tərəvəz və meyvə ixrac edib?
Cari ilin doqquz ayı ərzində Azərbaycan 256,6 min ton tərəvəz və meyvə idxal edib. Ölkədən tərəvəz və meyvələrin idxalı və ixracı ilə bağlı ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Bu ilin doqquz ayının yekunlarına əsasən, idxalın artması fonunda Azərbaycandan tərəvəz və meyvə ixracında azalma müşahidə olunub. Belə ki, bu dövr ərzində respublika 458,7 milyon dollar dəyərində 439,1 min ton məhsulu ixrac edib ki, bu da bir il əvvəlkindən 5%-dən çox azdır.
Eyni zamanda, qeyd olunan dövrdə ölkəyə 195,8 milyon dollar dəyərində 256,6 min ton tərəvəz və meyvə idxal edilib ki, bu da illik müqayisədə 11,7% çoxdur.
Aqrar-sənaye kompleksinin məhsulları ənənəvi olaraq Azərbaycanın qeyri-neft ixracının əsas sırasındadır. Xüsusilə, meyvə-tərəvəz tədarükü ölkənin qeyri-neft və qaz ixracının təxminən 25%-ni təşkil edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru