İqtisadi artımla yavaşlayan inflyasiya arasında balans axtarırıq – Reşetnikov
Bu gün, 17:14
Nazir qeyd edib ki, il ərzində investisiyaların artımı, əsasən, şirkətlər tərəfindən əvvəllər başlanmış layihələrin başa çatması səbəbindən yüksək olacaq.
Rusiya Federasiyası Hökuməti və Mərkəzi Bankı iqtisadi artım və inflyasiyanın azaldılması vəzifəsi arasında balans axtarır. Aydındır ki, qiymət artımını ləngitmək cəhdləri uzunmüddətli iqtisadi artımı təhlükə altına qoya bilər. Bunu Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov Kaluqada Rusiya Liebral Demokratlar Partiyasının fraksiyasının "Sanksiyalar şəraitində regional iqtisadiyyatların inkişafı"na həsr olunmuş geniş iclasında deyib.
"Gələn il biz həm borc maliyyələşdirməsinin yüksək dəyərinə görə investisiya fəaliyyətinin yavaşlamasını və müəssisə vəsaitlərinin depozitlərə yönəldilməsini gözləyirik. İstehlakçı fəallığının yavaşladığını görürük. Biz indi hökumətin və Rusiya Bankının platformasında bu məsələləri fəal şəkildə müzakirə edirik. İqtisadi artımla inflyasiyanın azaldılması vəzifəsi arasında tarazlıq axtarırıq. Biz aydın başa düşürük ki, inflyasiyanın aşağı salınması cəhdlərində uzunmüddətli iqtisadi artım təhlükə altına düşə bilər", - rusiyalı nazir deyib
Onun sözlərinə görə, bütövlükdə il ərzində investisiya artımı yüksək olacaq, bu da əsasən şirkətlər tərəfindən əvvəllər başlamış layihələrin başa çatdırılması hesabına baş verəcək.
"Buna görə də hökumətin işində əsas vurğu biznes investisiya fəaliyyəti və bütövlükdə təchizat iqtisadiyyatına maksimum dəstək olmalıdır", - nazir əlavə edib.
Reşetnikov onu da vurğulayıb ki, dayanıqlı iqtisadi artımın təmin edilməsi vəzifəsi yerli istehsalın və texnologiyanın inkişafı hesabına tələbin artmasına əsaslanan yeni iqtisadi artım modelinə keçiddən asılıdır.