ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
Bu gün, 09:37
Bu gün ancaq milyonluq işlərdən yazıram
Baxıram ki, COP29 çərçivəsində ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon dollarlıq bir anlaşma imzalanıb.
Bu saziş məhz xarici ticarətin maliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsi məqsədi daşıyır.
AYİB uzun müddət olardı ki, bank sektoruna yatırım etməmişdi.
Ümumiyyətlə AYİB Azərbaycanın maliyyə bazarında xeyli aktivdir. Düşünürəm 85 milyonluq vəsait ABB-nin bazarda vəziyyətini , rəqabətə davamlılığını xeyli gücləndirəcək.
Yeri gəlmişkən, AYİB 2 il öncə Aztelekom-la da əhəmiyyətli bir layihə olan, bütün ölkə üzrə GPON infrastruktur qurmaq üçün 85 milyonluq kreditlə bağlı saziş imzalamışdı. Lakin açıqlanmayan səbəblərdən RİNN sonradan öz imkanları ilə bunu reallaşdıraraq, bu kreditdən imtina etdi.
ABB-nin isə bu resursdan imtina edəcəyi ağlabatan görsənmir 🙂
AYİB-dən alınan bu resursdan ABB xarici ticarət sahəsində fəaliyyət göstərən müştərilərinə bank qarantiyaları və kiçik kreditlər üçün istifadə edə biləcək.
Bununla da idxal-ixracla məşğul olan iş adamları üçün maliyyə vəsaitləri daha əlçatan olacaq. Həmçinin bu resurs kiçik və orta sahibkarların qlobal bazarlarda ticarət imkanlarını genişləndirəcək.
ABB rəhbəri Abbas İbrahimov da bu vəsaitin ölkəmizdə biznesin dayanıqlı inkişafına, sahibkarlarımızın beynəlxalq ticarətdə davamlı şəkildə iştirakına əhəmiyyətli töhfə olduğunu bildirib. ABB daha çox yaşıl iqtisadiyyat yönümlü layihələrin dəstəklənməsinə üstünlük veriləcıyini bildirib.
Beləliklə, KOB-lar, gəlir gətirməyə başlayan startaplar ləngimədən beynəlxalq ticarət fəaliyyətlətini, xüsusilə də yaşıl sektorla əlaqəli fəaliyyəti genişləndirməklə bağlı maliyyə və dəstək üçün ABB-yə müraciət edə bilərlər.
Osman Gunduz
TEREF