Filippe Metzger: “2030-cu ilədək dünyada bərpa olunan enerji istehsalı 10 dəfə artacaq”

17-11-2024, 11:14           
Filippe Metzger: “2030-cu ilədək dünyada bərpa olunan enerji istehsalı 10 dəfə artacaq”
Filippe Metzger: “2030-cu ilədək dünyada bərpa olunan enerji istehsalı 10 dəfə artacaq”
2030-cu ilə qədər dünyada bərpa olunan enerji istehsalı 10 teravatı keçərək, hazırkı istehsal gücünü 10 dəfə üstələyəcək.

Bunu Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) Baş katibi və baş icraçı direktoru Filippe Metzger COP29 çərçivəsində keçirilən “Yaşıl rəqəmsal fəaliyyət” üzrə yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.

IEC-in Baş katibi, enerji şəbəkələrinin müasirləşdirilməsi istiqamətində səylərin artırılmasını vacib sayır.

“2040-cı ilə qədər isə 80 milyon kilometr uzunluğunda enerji şəbəkələrində islahatlar aparılmalı və onlar müasirləşdirilməlidir. IEC standartlar yaratmaqla bərpa olunan enerji sistemlərini, kiçik şəbəkələri və qabaqcıl enerji saxlama texnologiyalarını inkişaf etdirməyə imkan verir. Bu prosesdə texnologiyaların özlərinin də dayanıqlı olması mühüm əhəmiyyət kəsb edir.

Biz dayanıqlı yanaşmaların tərəfdarıyıq. Rəqəmsal əlaqəli infrastruktur üçün standartlar və uyğunluq sistemləri, enerji səmərəliliyi, məlumat serverlərinin enerji idarəetməsi, ekoloji dizayn və elektrotexniki məhsullar bu yanaşmanın nümunəsidir,” – deyə F. Metzger qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru