Lamin Yamal Türkiyədə pasportunu itirib

Bu gün, 12:02           
Lamin Yamal Türkiyədə pasportunu itirib
İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə ilə səfər oyunundan sonra pasportunu itirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Əmir Çətin X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Konya şəhərində baş tutan görüş qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb. Mənbənin sözlərinə görə, Yamal paltardəyişmə otağında pasportunu axtarırmış və sənədi tapmadan stadionu tərk edib.

Qeyd edək ki, Lamin Yamal “Barselona”nın şərəfini qoruyur. 18 yaşlı futbolçu kataloniyalılarla ölkə çempionluğu, İspaniya Kuboku və Superkubokunu qazanıb. Yığmanın heyətində isə ötən il Avropa çempionu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru