ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

4-12-2024, 17:44           
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 6 milyard 494 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,55 dəfə çoxdur.

Təkcə noyabrda isə ARDNF-in valyuta satışının məbləği 574,6 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,45 dəfə çoxdur.

Bu il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməlidir. 11 ay ərzində bunun 11 milyard 715,9 milyon manatı təmin olunmalı idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 676,1 milyon manat az – 11 milyard 39,8 milyon manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru