Novxanı Grandmart supermarketində yeni üsul idarə - Vətəndaşın nə özünə hörmət qoyurlar, nə verdiyi pula İDDİA

14-12-2024, 10:27           
Novxanı Grandmart supermarketində yeni üsul idarə - Vətəndaşın nə özünə hörmət qoyurlar, nə verdiyi pula İDDİA
"Abşeron rayonunun Novxanı kəndində bir neçə iri supermarket fəaliyyət göstərir ki, bunlardan da biri Grandmart supermarketidir. Digər marketlərlə müqayisədə qiymətlərinin hədsiz bahalığı ilə tanınan bu market, həm də müştərilərə kobud davranışı ilə də diqqət çəkir". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra əlavə edir: "Belə ki, özünün “Grandmart”ın müdir müavini kimi təqdim edən Aynur İsmayılova adlı şəxs, ona istənilən məsələ ilə bağlı müraciət edən müştərilərə kobud cavab verir, sözün həqiqi mənasında onların əsəbləri ilə oynayır. Aynur İsmayılova vitrindəki məhsulların tarixi, keyfiyyəti və s. ilə bağlı ona müraciət edən müştərilərə bildirir ki, o, marketin rəhbərliyidir və onu belə “xırda məsələlərə görə”“narahat etmək olmaz.

Özünü rəhbərlik kimi təqdim edən bu şəxs müştərilərə nümayişkəranə şəkildə bildirir ki, əgər kimsə məhsulun keyfiyyətinə, yararlılıq müddətinə şübhə edirsə, o zaman gedib başqa marketlərdən alış-veriş edə bilər. “Biz kimsənin 5-10 manatına qalmamışıq” ifadəsi Aynur İsmayılova adlı bu şəxsin ən çox işlətdiyi ifadələrdəndir.

Ümid edirik ki, “Grandmart” marketlər şəbəkəsinin rəhbərliyi Aynur İsmayılovanın Ərəbzəngi rolunda çıxış etməsinin qarşısını alacaq və öz əməkdaşına başa salacaq ki, insanlarla hörmət və ehtiramla davranmaq lazımdır..."

Hər halda bu vətəndaş iddiasıdır və biz qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru