Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...

13-01-2025, 17:41           
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi daha bir tenderinə yekun vurub. Tribunainfo.az açıq mənbələrə istinadən xəbər verir ki, Agentlik hazır qida (keytring) təminatının satınalmasını həyata keçirəcək.
3.255.497,63 manatlıq tenderin qalibi Ziyafət İsa oğlu Fərəzliyevdir. Bir il üçün nəzərədə tutulan bu tenderin tələblərinə əsasən adı keçən fiziki şəxs Agentliyə böyüklər üçün 279.006 nəfərlik, həftənin hər günü, gündə 3 dəfə olmaqla yemək verməlidir.
Bundan başqa, Ziyafət Fərəzliyev 34.310 uşaq üçün də analoji qaydada 12 (on iki) ay ərzində həftənin 7 (yeddi) günü, sutkada 3 dəfə olmaqla isti yemək tədarük etməlidir.
Qəribədir ki, açıq mənbələrdə bu işlərin 2023-cü il üçün nəzərdə tutulduğu qeyd edilib. Hərçən hazırda 2025-ci ildir və iki il bundan geriyə belə bir tenderin keçirilməsi başadüşülən deyil.
Xatırladaq ki, ƏƏSMN ilə Ziyafət Fərəzliyev arasında bu ilk tender deyil. Keçən il də sözügerdən şəxslə iki dəfə milyonluq tender anlaşması əldə edilmişdi.
Bu şəxsin kimliyi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Ziyafət Fərəzliyevin restoran sahibi olub, olmaması da məlum deyil. Elə bu səbəbdən də bu böyük işin bir adamın həyata keçirəcəyi əksəriyyətdə şübhə yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru