Dövlət zəmanətli ipoteka kreditlərinin ümumi məbləği 2 dəfə artıb

15-01-2025, 11:14           
Dövlət zəmanətli ipoteka kreditlərinin ümumi məbləği 2 dəfə artıb
2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondu (Fond) vasitəsi ilə 275 sayda 28,3 milyon manatlıq zəmanətli ipoteka krediti rəsmiləşdirilib.

İndex.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 87,1 % və 97,9 % (təxminən 2 dəfə) çoxdur.

İKZF bəyan edib ki, zəmanətli ipoteka kreditlərində artım şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə tətbiq edilən zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində baş verib.

Azərbaycanda 2006-cı ildən ölkədə uzunmüddətli ipoteka kreditləşməsi həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru