Dünya Bankı Pakistan üçün 20 milyard dollarlıq maliyyələşdirmə planını açıqlayıb

16-01-2025, 09:34           
Dünya Bankı Pakistan üçün 20 milyard dollarlıq maliyyələşdirmə planını açıqlayıb
Dünya Bankı Pakistana növbəti 10 il ərzində 20 milyard ABŞ dolları kredit verəcək.
TEREF “Report”a istinadən xəbər verir ki, bu vəsaitlər özəl sektorun artımını stimullaşdırmaq məqsədi ilə qidalanma, təhsil və bərpa olunan enerji mənbələrinə yatırılacaq.

Pakistan Dünya Bankı ilə görünməmiş 10 illik əməkdaşlıq planına razılıq verib. “Ölkə ilə Tərəfdaşlığın Çərçivə Proqramı” (CPF) adlanan yeni proqrama əsasən, 20 milyard dollarlıq kredit çətinlikləri olan iqtisadiyyatı sabitləşdirməyə kömək edəcək.

CPF-nin özəl sektorun böyüməsini dəstəkləmək və iqlim dəyişikliyinə davamlılığı artırmaqla 2026-cı ilə qədər nəticələr verməyə başlayacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru