Mühafizəçinin İşdən Çıxarılması və Hotel Haqqında İddialar: Şok Təfərrüatlar
Bu gün, 08:50
"Azərbaycan Reallığı" Xüsusi.Tv-yə itinadən xəbər verir ki, son günlərdə sosial mediada geniş müzakirələrə səbəb olan bir hadisə yaşanıb. Bir hotelin keçmiş mühafizəçisi TikTok platformasında canlı yayım açaraq həm işdən çıxarılmasının səbəblərini, həm də hotelin daxilində baş verən şok hadisələri açıqlayıb.
Mühafizəçinin İddiaları: Keçmiş mühafizəçi, işdən çıxarılmasının səbəbini dostları ilə hotelin restoranına getməsi kimi açıqlayıb. O, bu hərəkətinə görə işdən uzaqlaşdırıldığını, lakin işə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanmadığını və müvafiq sənədlərin, o cümlədən narkoloji və psixoloji sağlamlıq haqqında arayışların tələb edilmədiyini iddia edir.
Canlı yayımda mühafizəçi, hotelin fəaliyyətində ciddi qanunsuzluqlar olduğunu da iddia edib. O, qeyd edib ki, hotelə müdüriyyətin qonağı kimi gələn 16 yaşlı bir oğlan və 30 yaşlı bir qadın birlikdə otağa yerləşdirilib. Daha sonra həmin otaqda narkotik vasitələrdən istifadə olunduğunu, o cümlədən "nəyşə" çəkildiyini bildirib.
Əgər hotel rəhbəri qanunla müəyyən edilmiş qaydalara uyğun şəkildə qonaqların şəxsiyyətini təsdiq edən sənədləri yoxlamadan və ya qanun pozuntusuna şərait yaradaraq onları yerləşdiribsə, bu, Administrativ Xətalar Məcəlləsi ilə cərimə və ya fəaliyyətin müvəqqəti dayandırılması ilə nəticələnə bilər.
Bu iddialar bir neçə sual doğurur: