"Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 12:12
"Bu gün Bakıda Binə qəsəbəsindəki məktəblərdə uşaq sayı siniflərdə pik həddini də keçib". "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında narazı valideynlər ifadə edib.
Valideynlər adından edilən müraciətdə daha sonra deyilir: "Siniflərdə 35-45 şagird var. Hələ yerdəyişmə ilə digər məktəblərdən gələnləri saymırıq.
Elə bil ki, Binənin məktəbləri Bakının digər məktəblərindən SÜRGÜN YERDİRİR...
Hansı uşaqla hansısa məktəbdə bacarmırlarsa, onun tərbiyəsi ilə məşğul ola bilmirlərsə, dərhal Binə məktəblərinə yerdəyişmə edirlər.
Onlar isə şagird-müəllim münasibətlərinə, habelə digər şagirdlərin dərs proseslərinə mənfi təsir göstərir.
Xahiş edirik, Binə məktəblərinə SÜRGÜN yeri kimi baxılmasına son qoyulsun..."