Xətai rayonunda içməli su fasilələrlə verilir? - AÇIQLAMA/VİDEO

Bu gün, 12:28           
Xətai rayonunda içməli su fasilələrlə verilir? - AÇIQLAMA/VİDEO
Paytaxtın Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi, 74 ünvanında yaşayan sakinləri günün istənilən vaxtı su problemi yaşayırlar. Səbəb isə çox sadədir. Binada çənlərə icazə verilmir, su isə qrafiklə verilir.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, onların sözlərinə görə, illər öncə binalarının damındakı çənlər yığışdırılarkən suyun fasiləsiz veriləcəyi bildirilsə də, bu, sadəcə vəd olaraq qalıb.

Vətəndaşlar bildiriblər ki, problemlə bağlı müxtəlif qurumlara müraciət etsələr də, vəziyyət dəyişməyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, qeyd olunan ərazidə suyun verilməsi qrafikli rejimlə tənzimlənir. Bu rejimin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb.

Əhalinin fasiləsiz su ilə təminatı istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. Sözügedən yaşayış binasından su çənlərinin yığışdırılması isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid məsələ deyil.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binaların damından çənlər yığışdırılsa da, fasiləsiz su ilə təmin olunmayan ünvanlarda sakinlər su çənlərindən istifadə edə bilərlər. Amma burada da xüsusi meyarlar var.

İcra Hakimiyyətindən o da əlavə olundu ki, su çənlərinin yığışdırılmasına səbəb damların əsaslı təmiri, bir çox lift şaxtalarının yüklənməsi və binalardakı təhlükə ilə əlaqədar olub.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.