Binəqədidə məktəbin yaxınlığında sürü ilə İTLƏR DOLAŞIR VİDEO

24-01-2025, 09:48           
Binəqədidə məktəbin yaxınlığında sürü ilə İTLƏR DOLAŞIR  VİDEO
Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin sakinləri ərazidə sürü ilə gəzən itlərdən şikayətçidirlər.

TEREF İTV-yə istinadən xəbər verir ki, bu ərazidəki "Qaradağlı", "8 Mart", "Qoşabulaq" küçələrində sahibsiz itlər sürü ilə gəzdikləri üçün sakinlər narahatdırlar.

Yaxınlıqda 313 nömrəli tam orta məktəb yerləşdiyindən itlər məktəbin yaxınlığında da dolaşır.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən problemdən xəbərdardırlar və aidiyyəti qurumlarla əlaqə saxlayıblar. Müsbət cavab alınıb və problemin həlli üçün tədbirlər görüləcək.

Ətraflı süjetdə:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru