Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaqlar

6-02-2025, 09:34           
Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaqlar
Azərbaycanda bir qrup təhsilalanlar dövlət tərəfindən qida ilə təchiz olunacaqlar.

Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində müvafiq işlərə yekun vurulub.

Belə ki, nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanlar 2025-ci il ərzində yeməklə təchiz olunacaqlar.

Məlumata əsasən, 7-17 yaş qrupundan olan təhsilanlar səhər, ikinci səhər, nahar və axşam üzrə olmaqla yeməklə təchiz olunacaqlar.

Qurum sözügedən işlərin nicrasını "TAİS İKF" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru