DİN 2024-cü ildə baş verən kiber talamalar üzrə vəziyyəti açıqlayıb. Statistika acınacaqlıdır.

Bu gün, 15:17           
DİN 2024-cü ildə baş verən kiber talamalar üzrə vəziyyəti açıqlayıb. Statistika acınacaqlıdır.
Kiber cinayətlərin həyata keçirilməsi yolları üzrə əsas xarakteristikalar aşağıda verilib.
Müşahidələr göstərir ki, qonşu ölkələrdə olduğu kimi bizdə də eyni ssenarilər üzrə kibertalamalar həyata keçirilir :
1. Xarici kiber müdaxilələrlə toplam 16804 fakt üzrə bank kartlarından 22 milyon manatdan artıq vəsait talanıb
2. Saxta link-keçidlərlə 1027 fakt üzrə 2.043.896 manat,
3. Alış-veriş səhifələrindəki elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1.196.786 manat,
4. Özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598.048 manat və s.
Həmçinin mobil telefona kiber müdaxilə yolu ilə, bankamatdan pul çıxarılmasına kömək adı ilə, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə , oğurlanmış və itirilmiş kartlar vasitəsilə, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə daha çox kiber dələduzluqlar baş verib.
Statistika göstərir ki, kiber cinayətlər əsasən vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib.
Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını veriblər, şübhəli linklərə keçid ediblər.
Bir daha biz də vətəndaşlara çağırış edirik, şəxsi məlumatlarla, daxil olan təkliflər və mesajlarla, bank kartı ilə əlaqəli məsələlərdə diqqətli olsunlar.
Düşünürəm ki, Banklar daha ciddi tədbirlər görməlidir. Dələduzluqla üzləşən vətəndaşlarla real vaxt rejimində əlaqə mexanizmləri yaradılmalıdır.
Banklar bu istiqamətdə maarifçilik işlərinə daha çox resurslar ayırmalıdır .
Son zamanlar DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ilə Bankların real vaxtda informasiya mübadiləsinə əsaslanan işbirliyi xeyli faydalı olub .
Düşünürəm ki qonşu ölkələrin təcrübəsini nəzərə alaraq bu əməkdaşlıq müstəvisinə mobil operatorların da cəlb edilməsi çox faydalı olardı.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.