Azərbaycanda yağların qiyməti KƏSKİN ARTDI

7-02-2025, 11:18           
Azərbaycanda yağların qiyməti KƏSKİN ARTDI
Son aylarda yağların qiymətində artım müşahidə olunub.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, istər kərə, istərsə də duru yağların qiymətində bahalaşma var.

Bir-iki ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir.

Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6% artıb.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Dünya Ərzaq Təşkilatının qiymət indeksinə nəzər saldıqda məlum olur ki, ötən ilin dekabr ayı istisna olmaqla, 14 ay ərzində yağların qiymətində artım müşahidə olunub.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru