Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR

9-02-2025, 09:26           
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Xəbər verdiyimiz kimi, maliyyə naziri vəzifəsinə təyin olunmuş Sahil Babayev fevralın 7-də kollektivə təqdim olunub.
TEREF Modern.az-a istinadla xəbər verir ki, yeni nazir Maliyyə Nazirliyinin Aparatında kollektivlə ilk iclasını keçirib.

Sahil Babayev hazırda Maliyyə Nazirliyində çalışan kadrlarla yola davam etmək istədiyini bildirib. O, köhnə komandadan işinə məsuliyyətlə yanaşan heç kimin vəzifədən azad edilməyəcəyinə söz verib. Yeni nazir işə can yandırmayanlarla yolları ayırmalı olacaqlarını da qeyd edib.

Mia.az-ın əldə etdiyi məlumatda isə deyilir ki, Sahil Babayev ƏƏSMN-ə yeni nazir təyin olunandan sonra tətbiq etdiyi planlı islahatı eyni ilə Maliyyə Nazirliyində təkrarlayacaq.

Mənbələr bildirir ki, tezliklə nazirliyin mətbuat katibi Mais Piriyevlə aparat rəhbəri Cavanşir Yusibov vəzifələrindən azad olunacaqlar: "Artıq onların yerlərinə kimlərin təyin olunacağı haqda da nazirlik dəhlizlərində söhbətlər dolaşmaöğa başlayıb".

Mia.az bu və ya digər məsələlərlə bağlı informasiyaları dəqiqləşdirməyə davam edir.

Mövzuya qayıdacağıq.

Xatırladaq ki, Sahil Babayev fevralın 6-da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək, maliyyə naziri postuna təyin olunub.

Maliyyə Nazirliyindəki hazırkı heyət keçmiş maliyyə naziri Samir Şərifovun vaxtında formalaşıb. Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad olunub və Baş nazirinin müavini təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru