İşçilərin orta illik siyahı sayının necə faizi miqdarında kvota nəzərdə tutulmuşdur?
10-02-2025, 10:20

Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq: bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.
İdarə, müəssisə və digər təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və ya işə düzəlməkdə çətinlik çəkən aşağıdakı şəxslər üçün: işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında kvota nəzərdə tutulmuşdur.
İşçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmaqla tədbiq olunur kvota.
20 yaşadək gənclər;
Yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
18 yaşınadək əlilliyi təyin edilən uşaqları tərbiyə edən valideynlər;
Pensiya yaşına 2 ildən az qalmış şəxslər;
əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar;
cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər,
Məcburi köçkünlər. müharibə veteranları və şəhid ailəsinin üzvləri.
İdarə, müəssisə və təşkilatlarda bu tələbləri yerinə yetirilməyən işəgötürənlər üçün maddi və inzibati məsuliyyət nəzərdə tutulur
Şəhər, rayon məşğulluq mərkəzləri, “DOST” mərkəzləri tərəfindən göndəriş verilmişəlilliyi olan şəxsləri, o cümlədən sağlamlıqimkanları məhdud 18 yaşınadək uşaqları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıqhesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar.
Qanunvericiliklə nəzərdə tutulmuş inzibati cərimələr işəgötürən vəzifəli şəxsinin əmək haqqından və ya digər gəlirlərindən tutulur.
Azer Quliyev
TEREF