Azpetrol, Aztelekom, Azəriqaz, Azərşəkər, Azərduz qədər deyilsən Azneft?

Bu gün, 10:49           
Azpetrol, Aztelekom, Azəriqaz, Azərşəkər, Azərduz qədər deyilsən Azneft?
Rac Kərimov yazır,soruşur,həm də təkliflərini də verir
13 fevral 2025-ci il saat 12-13 radələrində mən Socarin işə qəbul portalinda yaranan texniki xətalar və bu gunlərdə 1646 sayli meydançaya verilən vakansiyalarda qeyri-muəyyənlik, qeyri-peşəkarliq barədə sosial şəbəkələrdə bildirdiyim fikirlərə gorə həmin qurumun rəsmiləri tərəfindən görüşə çağrilmişam. Görüş zamani cənablar umumi məlumat verdilər ki, portalda problemlərin olduğunu biz bilirik, həlli yolunda işlər gedir və s. Həmişəki kimi şablon sözlər. Daha sonra fəhlədən muhəndisə məsələsində muəllim bildirdi ki, bu məsələ 2012-ci ildən qərarla təsdiq olunub ki, bu vakansiyalar yalniz Socar daxili və xarici elanlarda mumkundur, idarə daxilində bu mumkun deyil (bu qərari hansi məqsədlə kim verib və niyə verib o ayri bir mövzudur, amma ki, bu qərari verənlər və onu icra edənlər bilsin ki, yeni qazilan qazlift quyularina qirağdan kaçalka ustasi gətirəndə orada çalişan neftqaz çixarma operatorlari sizləri tez-tez yad edəcəklər).
Soruşanda bəs nəyə gorə həmin vakansiyanin tərtibatinda o tələb qeyd olunmayib, muəllim bildirdi ki, o barədə mən öz iradimi həmin muəssisəyə bildirmişəm (Bir sözlə gunah keçisini yenə də aparib asdilar lap aşağida duranin boynuna. Əvvəla müəssisənin kadrlar şobəsi hansisa məqami diqqətdən qaçira bilər, bəs axi həmin elani portala yerləşdirən İşə Qəbul Şobəsidir və tam məsul tərəf kimi müəssisənin göndərdiyi elana bir baxiş keçirməli idi?! Demək ki, elə həmin İşə Qəbul Şöbəsinin öz əməkdaşlarinin peşəkarliq səviyyəsində problem var).
Mən isə dedim ki, irad bildirmək azdir, həmin adamlari bu diqqətsizliyə gorə cəzalandirmaq lazimdir. Gorunən odur ki, bu məsələlər uşaq bağçasindaki kimi " həə uşağdi da bilməyib edib" qaydalari ilə tənzimlənir. Çox qeyri-ciddi yanaşirlar bu məsələlərə, ya da ki, yanlarinda eyibləri var ona gorə də heç kimi cəzalandira bilmirlər. Amma bizim sahədə quyu dayananda adamin ciyərini az qalir ağzindan çixarirlar.
Ona gorə hesab edirəm: Əgər həqiqətən də bu qurum işçilərin karyerasinin qayğisina qalirsa hazirki vəziyyətdə birinci növbədə neynəməlidir:
1) Necə ki, Sima və Məmnunluq smslərinə gorə işçiləri az qala sürüyərək rəy bildirməyə məcbur etdikləri kimi, həmin portal fəalliyyətini rəsmən 1 ay muddətində dayandirmali, şirkətin bütün əməkdaşlarina rəsmən elan verilməli, kimin portala girişlə problemi varsa muəyyən edilib həmin xətalar aradan qaldirilmalidir.
2) Hər bir idarənin Personalin uçotu şobələrinə göstəriş verilsin ki, butun sahələrə rəsmi bildirişlə muraciət edilsin. Muraciətdə işçilərin portala daxil olub ola bilməmələri barədə iclas keçirilsin və protokollaşdirilsin. Əlavə olaraq vakansiya elana çixarsa işçilər texniki problem ilə rastlaşsalar hansi nomrələr ilə əlaqə saxlamalari barədə məlumat verilsin.
3) İşə yerləşdirmə şobesinin qaynar vatsap xətti yaradilsin. Email ilə hər adam işləyə bilmir, onlarin qaynar xətt adi ilə təqdim etdikləri şəhər nomrəsinə isə düşmək olmur. Vatsap isə çox rahatdir bunun üçun.
4) Qaynar vatsap xəttinə işçinin portala girə bilməməsi məlumati daxil olan andan portalda həmin vakansiyanin muddəti avtomatik olaraq uzadilmalidir o vaxta qədər ki, həmin işçinin texniki problemi həll olunana qədər.
Yeganə insan Şahmar Hüseynov oldu ki, gələn kimi Azneft İB-də qaynar vatsap xetti yaratdi ki arada dərdimizi ora yaza bilirdik. Qalanlari elə bil gələn kimi işçilərlə öz aralarinda baryer, tikanli məftil çəkirlər ki, heç kim bunlari narahat etməsin. Qardaş sən bu boyda şirkətsən hani sənin qaynar xəttin? Azneftin qaynar xətti hani? Sovet vaxtindan qalma metodlarla hərə bir şəhər nömrəsi qoyub ona da cavab verən yox.
Azpetrol, Aztelekom, Azəriqaz, Azərşəkər, Azərduz qədər deyilsən Azneft? Onlarin hamisinin qaynar xəttləri fəalliyyət gostərir, bircə sən bağlamisan bəndi-bərəni ki, məni narahat edən olmasin. Bu cür işləməklə yaxşi uğur əldə etmək mümkündür? Gözəl danişmaqla, basib bağlamaqla deyil, əməldə yaxşi heç nə gorünmür. Problemlərin həlli üçün birinci növbədə operativ vatsap qaynar xəttlərini yaratmaq lazimdir.
Hələlik bu qədər.
TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir. Mirvari Qəhrəmanlı daha sonra deyir:
Bunlari etsələr biz gorərik ki bəli, həqiqətən bu qurum yaxşiliğa doğru nəsə etməyə çalişir. Yox etmək istəməsələr demək ki, hər şey aydindir. Bunlara bu portalin normal işləməsi sərf eləmir.
Umumiyyətlə son günlər çox söz söhbətlər gəzir, söhbətlərdən biri də guya Azneft İB-də təbii və süni yaradilan boş vakansiyalara ancaq UBOC-dan və digər kimlərəsə doğma idarələrdən transfer məqsədi daşiyir variantidir. Gozləyək görək düzdür yoxsa yalan.
Sonda xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu problemlərin sosial şəbəkələrə çixmaği problemin uzun müddət davam etdiyindən, struktur daxilində bu vaxta qədər həll olunmamasi isə ya səriştəsizlikdən ya da məqsədyönlü olmağindan irəli gəlir. Ona gorə də lazim deyil bu problemi gündəmə gətirənləri struktur düşmani kimi qələmə vermək filan, hələ çox sağol demək lazimdir ki, bunlari aşkar edib diqqətə çatdiririq. Kimsə öz işinin öhtəsində gələ bilmirsə bizim sahədə qəşəng neft-qaz çixarma fəhlə işləri var, buyursun ərizəsini yazsin gəlsin baş başa verib bir yerdə işləyək.
Mirvari Gahramanli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.