Əlavə iş yerində əvəzçilik qaydasında işləyən işçilərin aşağıda göstərilən hüquqları vardır.
Bu gün, 08:28
Əvəzçilik üzrə əmək haqqının ödənilməsi bu qaydada ödənilir: 1. Əvəzçilik qaydasında işləyən işçilərin - əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. 2.Əvəzçilik qaydasında işləyən işçilərin: tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Əvəzçilik üzrə işçilərin əmək məzuniyyəti hüquqları bu qaydada həyata keçirilir: 3. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 4. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 5.İşçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Azer Quliyev TEREF