İş adamı dələduzluqla üzləşib - ELNUR HÜSEYNOV MƏNİ ÇIXILMAZ DURUMA SALIB

Bu gün, 17:39           
İş adamı dələduzluqla üzləşib - ELNUR HÜSEYNOV MƏNİ ÇIXILMAZ DURUMA SALIB
Azərbaycandan Rusiya və bir sıra ölkələrə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı ilə məşğul olan iş adamı Rəhim Məmmədov dələduzluqla üzləşib.

Gununsesi.info–nun redaksiyasına üz tutan iş adamı deyir ki, “Novoqro” MMC-nin sahibi Elnur Hüseynovla birgə iş birliyi olub.

Bu iş birliyi çərçivəsində İrandan Özbəkistana portağal, mondarin və badımcan aparıblar.

“Bu malları Elnur Hüseynov özü alıb aparıb. Məni bu işə Elnur özü qoşub. Biz 63 min dollarlıq məhsul Rusiyaya apardıq. Lakin məhsullarımız xarab oldu deyə, onu sata bilmədik. Burada ciddi ziyanımız oldu.

Bu prosesdən sonra iki şəxs olaraq, birgə aramızda hesabat apardıq və sağollaşdıq.

Sonradan mən Türkmənistandan onun şirkətininin adına pomidar yolladım. Düşündüm ki, o da pul qazansın. Çünki əvvəlki işdə zərər olmuşdu.

Lakin bu adam mənim etibarımdan sui-istifadə edərək, Pərviz Dadaşova məxsus olan bu malları oğurlayaraq satdı. İndi mən qalmışam Pərviz Dadaşovun qarşısında aciz durumda. Satılası bir şeyim də yoxdur ki, Pərviz Dadaşovun pulunu ödəyim. Mən insanlıq göstərib, onun vəziyyətdən çıxmasına yardımçı oldum.

Halbuki mal gətirmək üçün ölkədə yüzlərlə şirkət var. Həmin məhsulları onların adına vurardım, bu da başıma gəlməzdi.

İndi bu şəxs dələduluzluğuna haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirir.

Deyir ki, əvvəlki ziyanlara görə mən bu pulu vermirəm. Söhbət 27 min ABŞ dollarından gedir.

Mən bu gün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə də şikayət edəcəyəm. Xahiş edirəm ki, sizin media quruluşu vasitəsilə bu şikayətimi ictimailəşsin və haqqımı əldə edə bilim”

Məsələ ilə bağlı mövqeyini öyərnmək istədiyimiz Elnur Hüseynov isə açıqlama vermək niyyətində olmadığını deyib:

“Mən heç nə danışmaq istəmirəm. Onunla aramızda olan məsələ varsa, qanunla yoluna qoyulsun”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.