Ticarət dövriyyəsində mənfi saldo - Son 10 ildə ilk dəfə

Bu gün, 10:14           
Ticarət dövriyyəsində mənfi saldo - Son 10 ildə ilk dəfə
Bu ilin fevral ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 813,6 milyon dollar olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1 milyard 728 milyon dollarını ixrac, 2 milyard 85,6 milyon dollarını idxal təşkil edib.
Ötən ilin fevral ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi 426 milyon dollar azalıb. Bu dövrdə ixrac 1,2 milyard dollar azalıb, idxal isə 781 milyon dollar artıb.
Qeyd edək ki, bu ilin fevral ayında ticarət dövriyyəsində 357,6 milyon dollarlıq mənfi saldo yaranıb. Ötən ilin eyni dövründə isə 1,6 milyard dollarlıq müsbət saldo olub.
Onu da bildirək ki, son 10 il ərzində ilk dəfə olaraq fevral ayında idxal ixracı üstələyib və nəticədə mənfi saldo qeydə alınır. Sonuncu dəfə 2015-ci ilin fevral ayında ticarət dövriyyəsində 76,1 milyon dollar dəyərində mənfi saldo olub və sonrakı illərdə heç vaxt mənfi saldo qeydə alınmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.