Ərzaq məhsullarını xaricdən neçəyə alırıq və ya bizi necə soyurlar? – Qiymətlər

18-03-2025, 17:26           
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq və ya bizi necə soyurlar? – Qiymətlər
Bu ilin ilk 2 ayı ərzində xarici ölkələrdən Azərbaycana 414 milyon 765 min dollar dəyərində yeyinti məhsulları gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, yanvar-fevral aylarında dəyər ifadəsində ən çox meyvə-tərəvəz, miqdar ifadəsində isə ən çox buğda idxal olunub.
Belə ki, bu ilin ilk 2 ayında Azərbaycana xarici ölkələrdən 65,9 milyon dollar dəyərində 88 min ton meyvə-tərəvəz, 40,5 milyon dollar dəyərində 187,6 min ton buğda gətirilib.
Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 1,27 manat, buğdanın 1 kiloqramının gömrük dəyəri isə 38 qəpik olub.
Bunlardan başqa, idxal olunan:
- ətin 1 kiloqramının dəyəri 3,6 manat,
- süd və qaymağın 1 kiloqramının dəyəri 2,4 manat,
- kərə yağının 1 kiloqramının dəyəri 11,7 manat,
- çayın 1 kiloqramının dəyəri 10,4 manat,
- bitki yağlarının 1 kiloqramının dəyəri 2,6 manat,
- düyünün 1 kiloqramının dəyəri 1,65 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru