Azərbaycanın istehlak bazarı 5%-dən çox böyüyüb

21-03-2025, 15:34           
Azərbaycanın istehlak bazarı 5%-dən çox böyüyüb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 11,8 milyard manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 % çoxdur.

12 aylıq dövriyyənin 78,2 %-ni pərakəndə ticarət, 18,6 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 5 % artaraq 11,3 milyard manata çatıb ki, onun da 45,5 %-i və yaxud 5,1 milyard manatı (2,8 % çox) fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə dövlət mülkiyyəti üzrə təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 10,6 % artaraq 513 milyon manata çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru