Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 16%-ə yaxın artırıb

21-03-2025, 16:34           
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 16%-ə yaxın artırıb
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 16%-ə yaxın artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 19,203 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur.

İndex.az bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,9 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 388,491 milyon ABŞ dolları dəyərində yerli istehsal malları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 1,3 % azdır.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (67,395 milyon ABŞ dolları; 24,4 % az), Türkiyə (40,497 milyon ABŞ dolları; 24,7 % az), Çin (33,797 milyon ABŞ dolları; 22,4 % az), Bolqarıstan (28,13 milyon ABŞ dolları; 8,3 dəfə çox) və Ermənistan (21,625 milyon ABŞ dolları; 0,1 % çox) olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru