AMB: Ölkədə 184 enerji dolum mərkəzi fəaliyyət göstərir

1-05-2025, 12:48           
AMB: Ölkədə 184 enerji dolum mərkəzi fəaliyyət göstərir
Hazırda ölkə üzrə ümumi enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilir.

Sənədə əsasən, ötən il 160 yeni elektrik avtobusu alınıb.

Həmçinin yeni elektromobil idxalının ümumi nəqliyyat vasitəsi idxalındakı payı 3,3 %, yeni hibrid avtomobil idxalının ümumi nəqliyyat vasitəsi idxalındakı payı isə 29 % təşkil edib.

“Azərbaycan “yaşıl iqtisadiyyat”a keçid çərçivəsində nəqliyyat infrastrukturunun modernləşdirilməsi və dayanıqlılığının artırılması məqsədilə mühüm investisiyalar həyata keçirməkdədir. Karbon emissiyalarının azaldılması və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılması üçün ictimai nəqliyyatda elektrik mühərrikli avtobusların tətbiqi genişləndirilib, elektrik dolum mərkəzlərinin sayı artırılıb və velosiped yollarının inşası həyata keçirilib”, – deyə hesabatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru