Bir kiloqramı 450 manata yerli çay - VİDEO

12-06-2025, 15:38           
Bir kiloqramı 450 manata yerli çay - VİDEO
Lənkəran rayonunun mərkəzi bazarında bir kiloqramı 400-450 manata çay satılır.
TEREF Xezerxeber.az-a istindən xəbər verir ki, bu bazarda yerli istehsal olan çayların satışına geniş yer ayrılıb, müxtəlif keyfiyyətdə və çeşiddə çaylar müştərilərə təklif olunur. Qiymətlər isə fərqlidir.

Satıcılar deyirlər ki, kiloqramı 15, 20, 25 manat civarında olan çaylara tələbat isə daha yüksəkdir. Bahalı çaylar isə daha çox hədiyyə məqsədilə alınır.

Qeyd edək ki, Lənkəran Azərbaycanın çayçılıq ənənələrinin qorunduğu əsas rayonlardan biridir və burada istehsal olunan çaylar həm yerli, həm də xarici bazarda satışa çıxarılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru