Bakıdakı məktəbdə şagirdlərdən attestat üçün pul yığılır? - İDDİA

12-06-2025, 11:17           
Bakıdakı məktəbdə şagirdlərdən attestat üçün pul yığılır? - İDDİA
Attestat üçün hər şagirddən 20 manat pul istənildiyi iddia olunur.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, bu iddianı övladı Bakıdakı 264 nömrəli məktəb-liseydə təhsil alan valideyn səsləndirib.

Valideyn Rövşən Zeynallı bildirib ki, onun övladı Xədicə Zeynallı adıçəkilən təhsil ocağının 9-cu sinif şagirdidir. Onun qızının oxuduğu sinfin rəhbəri uşaqlardan 20 manat gətirməsini tələb edib.

9-cu sinif şagirdləri də iddiaların doğru olduğunu deyiblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd olunub ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, bu il tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır. Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru